
Bakı.Trend:
Türkiyənin “Fənərbaxça” klubu qışda hücum xəttini yeni oyunçu
ilə gücləndirməyi planlaşdırır.
Trend türk
KİV-lərə istinadən xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi
icarə əsasında “Aston Villa”da çıxış edən Ceydon Sançodur.
“Fənərbaxça” ingiltərəli vingerin müqavilə ilə məxsus olduğu “Mançester Yunayted”lə danışıqlara başlayacaq. Super Liqa klubu “qırmızı şeytanlar”la 6 aylıq sözləşməsi qalan 25 yaşlı ön xətt
oyunçusunu münasib qiymətə transfer edə biləcəyinə ümid edir.
Qeyd edək ki, Ceydon Sanço mövsümün əvvəlində “Aston Villa”ya
keçib.

