Hindistanda Messinin olduğu stadionda iğtişaş yaşanıb

Baş səhifə

Bakı. Trend:

Hindistanın Qərbi Benqal ştatının Kəlküttə şəhərində yerləşən
“Solt Leyk” stadionunda Argentinalı futbolçu Messinin Hindistan
səfəri çərçivəsində təşkil olunan tədbir zamanı iğtişaşlar
yaşanıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, 85 min nəfərlik tribunası olan stadionda canlı
futbol əfsanəsini izləməyə onun minə yaxın fanatı gedib. Tədbirdə
iştirak üçün bilet qiymətləri 5,000-25,000 rupi (55 -280 dollar)
aralığında dəyişib. Lakin Messi meydana çıxdıqdan sonra onu rəsmi
şəxslər, tanınmış simalar və digər VIP qonaqlar əhatəyə
alıblar.

Nəticədə tribunada olan, Messini canlı görmək üçün böyük
məbləğdə pul ödəyən tamaşaçılar futbolçunu görə bilməyiblər.
Azarkeşlər narazılıqlarını əvvəlcə qışqırıqlarla ifadə edib, daha
sonra meydana butulkalar, stullar və digər əşyalar atmağa
başlayıblar. Təşkilatçılar Messini təcili şəkildə stadiondan
çıxarıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir