Ərdoğan Qara Dənizdə gəmilərə edilən hücumlara münasibət bildirib

Baş səhifə

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan səfərindən
geri dönərkən təyyarədə jurnalistlərə açıqlamasında Qara dənizdə
gəmilərə, o cümlədən Türk gəmisinə edilən hücumlara münasibət
bildirib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Türkiyə liderinin sözlərinə görə, Qara dəniz Ukrayna və
Rusiyanın qarşıdurma meydanına çevrilməməlidir.

“Putinlə keçirdiyimiz bu görüşdən sonra, ABŞ Prezidenti Trampla
da sülh planını müzakirə etmək imkanı əldə edərik. Sülh uzaqda
deyil, biz onu görürük. Yeganə etməli olduğumuz şey: istiqamətimizi
sülhün olduğu tərəfə yönəltməkdir. Qara dəniz hesablaşma meydanı
kimi qəbul edilməməlidir. Belə bir vəziyyət Rusiya və Ukrayna üçün
yalnız zərər gətirər, heç bir fayda gətirməz. Qara dənizdə
dənizçilik və naviqasiya təhlükəsizliyinə hər kəsin ehtiyacı var.
Bu təhlükəsizlik mütləq təmin edilməlidir”,- deyə Ərdoğan
bildirib

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir