
Bakı. Trend:
“Boeing” şirkəti tərəfindən hazırlanmaqda olan iki yeni “Air
Force One” prezident təyyarəsinin birincisinin təhvili daha bir il
gecikərək 2028-ci ilin ortalarına planlaşdırılıb.
Trend xarici
KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri
məlumat yayıb.
Məlumata görə, “Boeing” şirkəti işlərdə irəliləyiş olduğunu
bildirib:
“ABŞ üçün iki yüksək səviyyəli Air Force One təyyarəsinin təhvil
verməyə fokuslanmışıq”.
Qeyd edək ki, bu, layihədə növbəti gecikmədir və ümumilikdə
proqram dörd ildir ləngiyir.
Prezident Donald Tramp “Boeing”dən narazılığını ifadə etsə də,
alternativ olaraq Avropa istehsalçısı “Airbus”u istisna
etmişdi.

