
Bakı. Trend:
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) iki
xarici şirkətlə yeni satınalma müqavilələri bağlayıb.
Trend-in
məlumatına görə, müqavilələr minatəmizləmə fəaliyyəti üçün nəzərdə
tutulan qoruyucu xüsusi geyim dəstlərinin alınmasını əhatə
edir.
Belə ki, ANAMA İsrail Respublikasının “Cortex Engineering Ltd.”
şirkəti ilə tam bədən qoruyucu zirehli geyim dəstlərinin satın
alınması üzrə 150 min manat dəyərində müqavilə imzalayıb. Eyni
zamanda, Norveç Krallığının “Rofi a.s.” şirkəti ilə fərdi zirehli
qoruyucu geyim dəstlərinin təhvil verilməsi üçün 265 min 306 manat
məbləğində müqavilə bağlanıb.
Nəticə etibarilə, sözügedən xüsusi qoruyucu geyim dəstlərinin
satın alınmasına ümumilikdə 415 min 306 manat vəsait sərf
olunacaq.

