Partiya sədrləri bir araya gəldilər

Baş səhifə

Bu gün Ədalət partiyasının sədri Mütəllim Rəhimli Ağ Partiyanın sədri Tural Abbaslı ilə görüşüb. 

Modern.az-ın məlumatına görə, Ədalət partiyasının mərkəzi ofisində baş tutan görüşdə Tural Abbaslı Ədalət Partiyasının sədri seçilməsi münasibətilə Mütəllim Rəhimlini təbrik edib. 

Görüşdə milli birlik platforması çərçivəsində partiyaların əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb. Siyasi partiyaların həmrəyliyinin müasir mürəkkəb beynəlxalq münasibətlər sistemində vacib olduğu vurğulanıb. Partiya sədrləri həmçinin ölkəmizdə mövcud sosial-iqtisadi və siyasi vəziyyətlə bağlı da müzakirələr aparıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir