ABŞ Ruandanın KDR-də sülh sazişini pozduğunu bildirib

Baş səhifə

Bakı. Trend:

Ruanda qonşu Konqo Demokratik Respublikasına (KDR) qarşı
Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış
sülh sazişini pozur.

Trend xəbər verir
ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “X” sosial şəbəkəsində
məlumat yayıb.

Rubio bildirib ki, “Konqo Demokratik Respublikasının şərq
hissəsində Ruandanın atdığı addımlar Prezident Trampın Vaşinqtonda
imzaladığı müqavilənin açıq şəkildə pozulmasıdır və ABŞ Prezidentə
verilən vədlərin yerinə yetirilməsini təmin etmək üçün tədbirlər
görəcək”.




Konqo daha əvvəl bəyan edib ki, Ruandanın dəstəyi ilə “23 mart
Hərəkatı” (M23) qruplaşmasının üsyançıları tərəfindən ölkənin
şərqindəki Uvira şəhərinin zəbt olunması Vaşinqtonda imzalanmış
sülh sazişinə ziddir. Konqo səlahiyyətliləri razılaşmalara riayət
etməyə sadiq olduqlarını, lakin ölkənin təhlükəsizliyi, əhalinin
qorunması və ərazi bütövlüyü ilə bağlı hüquqlarından heç vaxt
imtina etməyəcəklərini vurğulayıblar.

Xatırladaq ki, KDR Prezidenti Feliks Çisekedi və Ruanda lideri
Pol Kaqame dekabrın 4-də ABŞ-nin paytaxtı Vaşinqtonda sülh
müqaviləsi imzalayıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir