
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Suriyada amerikalı iki əsgərin və
bir mülki tərcüməçinin öldürülməsinə münasibət bildirib.
Trend-in
məlumatına görə, Tramp itkilərə görə dərin kədər hissi keçirdiyini
bildirib və yaralanan üç ABŞ əsgəri üçün dua etdiyini qeyd
edib.
“Bu, Suriyanın çox təhlükəli bir hissəsində, onların tam
nəzarətində olmayan ərazidə ABŞ-a və Suriyaya qarşı İŞİD tərəfindən
həyata keçirilmiş hücum idi. Suriya Prezidenti Əhməd əl-Şara bu
hücumdan son dərəcə qəzəbli və narahatdır. Çox ciddi cavab
tədbirləri görüləcək”, – deyə ABŞ Prezidenti əlavə edib.

