Palmira yaxınlığında iki ABŞ əsgəri və tərcüməçi öldürülüb – Pentaqon

Baş səhifə

Bakı. Trend:

Suriyanın Homs əyalətinin mərkəzi hissəsində yerləşən Palmira
şəhəri yaxınlığında iki ABŞ əsgəri və bir amerikalı mülki tərcüməçi
öldürülüb.

Trend xəbər verir
ki, bu barədə Pentaqonun mətbuat katibi Şon Parnell X sosial
şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ hərbçiləri bölgədə İŞİD terror
qruplaşmasına qarşı əməliyyatlara dəstək göstərirdilər.




Pentaqonun sözçüsü hadisə ilə bağlı əlavə detallar açıqlamayıb,
lakin insident üzrə istintaqın aparıldığını bildirib.

ABŞ-ın müdafiə naziri Pit Heqset də X platformasında paylaşım
edərək qeyd edib ki, hücumu həyata keçirən şəxs tərəfdaş qüvvələr
tərəfindən zərərsizləşdirilib. O vurğulayıb ki, dünyanın istənilən
yerində amerikalılara hücum edənlər bilməlidirlər: ABŞ onları təqib
edəcək, tapacaq və amansızcasına məhv edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir