Tramp Tailand və Kambocanı yeni gömrük rüsumları ilə hədələyib

Baş səhifə

ABŞ Prezidenti Donald Tramp Tailand və Kamboca arasında döyüşlər dayandırılmayacağı təqdirdə bu ölkələrin məhsullarına yeni gömrük rüsumları tətbiq edilə biləcəyini bildirib.

APA xəbər verir ki, o, bu barədə The Wall Street Journal qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, tərəflərə müharibəni davam etdirəcəkləri halda yalnız ticarət razılaşmasının ləğv edilməyəcəyi, eyni zamanda hər iki ölkəyə qarşı rüsumların tətbiq olunacağı bildirilib.

ABŞ Prezidenti vurğulayıb ki, rüsumlardan istifadə onun administrasiyası üçün xarici siyasətdə mühüm alətlərdən biridir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir