Bakıda sulu qar yağır – FAKTİKİ HAVA

Baş səhifə

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 14-ü saat 9:00-a
olan məlumatına əsasən, ölkə ərazisinin əksər yerlərində küləkli və
yağıntılı hava şəraiti davam edir.

Xidmətdən Trend-ə verilən məlumata görə, bir sıra bölgələrdə
qar, Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində isə sulu qar
yağır.

Bildirilib ki, yağan qarın hündürlüyü Altıağacda 13, Lazada
(Qusar) 10, Xaltanda 8, Şabranda 4, Qubada 3, Qobustan, Kəlbəcər,
Laçın, Qax, Şahdağ, Qubadlıda 1 sm-dir.




Düşən yağıntının miqdarı Xaçmazda 9, Şahbuz, Qobustan, Lənkəran,
Astara, Şəki, Oğuz, Kürdəmir, Yardımlı, Lerik və Cəlilabadda 1
mm-dir.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal
sürəti arabir Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 26,
Neftçalada 20, Gədəbəydə 16 m/s-yə çatır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir