NATO-da Rusiyanın qlobal miqyasda dəniz təhlükəsinə qarşı hazırlığın gücləndirilməsi çağırışı səsləndirilib

Baş səhifə

Bakı. Trend:

NATO strateji yanaşmalarını yenidən nəzərdən keçirməli, təkcə
“Atlantika uğrunda döyüş” və ya Avropadakı quru əməliyyatları ilə
məhdudlaşmayan, Rusiya ilə mümkün qarşıdurmalara hazır
olmalıdır.

Trend xəbər verir ki, bu
fikirlər NATO Hərbi Kollecinin son analitik icmalında yer alıb.




İcmalın müəllifi, kollecin tədqiqatçısı Endryu Monaqan qeyd edib
ki, Rusiyanın bütün dəniz qüvvələrinin ardıcıl şəkildə inkişaf
etdirilməsi Moskvanın siyasətində əsas istiqamətlərdən biridir.
Onun sözlərinə görə, bu yanaşma Rusiyaya geoiqtisadi rəqabət
şəraitində özünü aparıcı güc kimi təqdim etmək imkanı yaradır.

Sənəddə vurğulanır ki, bu amil NATO-nun diqqətini yenidən
dirçəldilən “Atlantika uğrunda döyüş” konsepsiyasından və ya
Şimal-Şərqi Avropada quru əməliyyatları ssenarilərindən kənara
çıxararaq, qlobal miqyaslı, çoxcəhətli və müxtəlif xarakterli
Rusiya çağırışlarına yönəldir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir