Qusarda ağır qəza baş verib, iki nəfər ölüb

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar
rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat qəzasının baş verməsi
və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə
məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar
dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar
rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri
cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “KİA”
markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşdığı və
vətəndaşın nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı
müəyyən olunub.




Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə köməksiz
vəziyyətdə qalan 1 nəfər qadın xilas edilərək təcili tibbi yardım
briqadasına təhvil verilib.

Hadisə nəticəsində ümumilikdə 2 nəfər həyatını itirib, 4 nəfər
müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat
aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir