Türkiyənin Qəzzada nizamlanma ilə bağlı mövqeyinin dəyişməz olaraq qalır – Ərdoğan

Baş səhifə

Bakı. Trend:

Türkiyənin Qəzza zolağındakı böhranın həlli ilə bağlı mövqeyi
dəyişməz olaraq qalır.

Trend-in
məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
yerli universitetlərin tələbələri ilə görüşdə deyib.




“Biz lazımi addımları atırıq və yolumuzu qətiyyətlə davam
etdirəcəyik; [Qəzzada həll məsələsində] mövqeyimizdən heç bir geri
çəkilmə olmayacaq. Geri çəkilsək, nə Allah, nə də Qəzza qarşısında
cavab verə bilməyəcəyik”, – deyə o bildirib.

Türkiyə hakimiyyəti əvvəllər dəfələrlə Fələstin probleminin iki
dövlətli həllinə ehtiyac olduğunu bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir