Qaradağda zəncirvari qəza tıxaca səbəb olub

Baş səhifə

Qaradağ rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə “KİA Sportage”, “Range Rover”, “Changan”, “Volkswagen” və “BMW” markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.

Qəza səbəbilə yolda uzun tıxac yaranıb. Hadisə zamanı sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Əraziyə Dövlət Yol Polisi və Təcili Tibbi Yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir