Suriya təhlükəsizlik qüvvələri ABŞ əsgərlərinə hücumu ilə bağlı beş nəfəri saxlayıb

Baş səhifə

Bakı. Trend:

Suriya təhlükəsizlik qüvvələri Palmirada təhlükəsizlik
qərargahına edilən son hücumda iki ABŞ əsgərinin ölümünə səbəb olan
beş şübhəlini saxlayıb.

Trend-in
məlumatına görə, bu barədə Ərəb Respublikasının keçid hökumətinin
Daxili İşlər Nazirliyi xəbər verib.




Bəyanatda qeyd edilib ki, nazirliyin bölmələri kəşfiyyat xidməti
və beynəlxalq antiterror koalisiyası ilə koordinasiyalı şəkildə “beş şübhəli şəxsin saxlanıldığı” əməliyyat keçirib.

Suriya Daxili İşlər Nazirliyinin bildirib, bu gün İŞİD-din
silahlısı daxili təhlükəsizlik qüvvələri rəhbərliyinin beynəlxalq
koalisiyanın nümayəndə heyəti ilə görüşünün keçirildiyi qərargaha
hücum edib. Hücumçu pulemyotla atəş açıb və Suriya qoşunları
tərəfindən yerindəcə zərərsizləşdirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir