Zelenski ilə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub – Uitkoff

Baş səhifə

Bakı. Trend:

Ukrayna və Amerika nümayəndə heyətləri Berlində keçirilən
görüşdə əhəmiyyətli irəliləyiş əldə ediblər.

Trend-in
məlumatına görə, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi
Stiv Uitkoff “X” sosial şəbəkəsində yazıb.




Beş saat davam edən danışıqlarda Amerika liderinin kürəkəni və
müşaviri Cared Kuşner də və Ukrayna prezidenti Volodimir Zelenski
iştirak edib.

S.Uitkoffun sözlərinə görə, tərəflər ABŞ-ın 20 maddəlik sülh
planı ilə bağlı “ətraflı müzakirələr aparıb”, iqtisadi məsələləri
və digər mövzuları müzakirə ediblər. Görüş dekabrın 15-i səhər
davam edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir