Çin Yaponiyanın keçmiş yüksək rütbəli hərbçisinə sanksiyalar tətbiq edib

Baş səhifə

Bakı. Trend:

Çin Yaponiyanın Özünümüdafiə Qüvvələrinin Birgə Qərargahının
keçmiş rəisi Şiqeru İvasakiyə qarşı sanksiyalar tətbiq edib.

Trend-in
məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyi bildirib.

“Şigeru İvasaki “Tayvanın müstəqilliyini” müdafiə edən separatçı
qüvvələrlə açıq şəkildə əlbir olub, “vahid Çin” prinsipini və Çin
ilə Yaponiya arasındakı siyasi sənədlərin ruhunu ciddi şəkildə
pozub, Çinin daxili işlərinə ciddi şəkildə müdaxilə edib və Çinin
suverenliyinə və ərazi bütövlüyünə ciddi şəkildə xələl gətirib”, –
deyə nazirliyin bəyanatında qeyd olunub.




Sanksiyalar ilə Ş.İvasakinin daşınar və daşınmaz əmlakının,
eləcə də Çindəki digər əmlak növlərinin dondurulması nəzərdə
tutulur.

Çindəki təşkilatlara və fərdlərə Ş.İvasaki ilə iş görmək,
əməkdaşlıq etmək və ya başqa cür fəaliyyət göstərmək qadağandır.
Onun həmçinin Çinin materik hissəsinə, Honkonqa və Makaoya girişi
də qadağandır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir