Bakıda “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfrans keçirilir

Baş səhifə

Bakı. Trend:

Bakıda Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin birgə təşkilatçılığı ilə “Dini düşüncə mədəniyyəti:
pedaqoji perspektivlər” mövzusunda konfrans keçirilir.

Trend xəbər
verir ki, tədbirdə Elm və Təhsil Nazirliyinin, eləcə də Dövlət
Komitəsinin rəhbərliyi, Milli Məclisin deputatları, Azərbaycan
İlahiyyat İnstitutunun məsul şəxsləri, mütəxəssislər, Bakı şəhəri
üzrə orta məktəblərin psixoloq və müəllimləri iştirak edir.

Konfrans çərçivəsində müvafiq dövlət qurumlarının
nümayəndələrinin və mütəxəssislərin çıxışları dinləniləcək,
müzakirələr aparılacaq.




Tədbirin məqsədi yeniyetmə və gənclərin sağlam dini biliklərə
yiyələnməsi, milli-mənəvi dəyərlərə və vətənə sədaqət ruhunda
böyüməsi, eyni zamanda yad dini-ideoloji təsirlərdən qorunması
istiqamətində maarifləndirmə işlərinin sistemli təşkilidir.

Xəbər yenilənəcək

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir