
Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) “Total Finans” və “Stimul” kredit
ittifaqlarına icrası məcburi göstəriş verib.
Trend bu barədə
AMB-yə istinadən xəbər verir.
“Sözügedən kredit ittifaqları tərəfindən 2025-ci ilin III rübünə
hesabatlar təqdim olunmadığından, “Kredit ittifaqlarının prudensial
tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbi təmin
edilməmiş, bu səbəblə “Kredit ittifaqına bank əməliyyatının həyata
keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü
yarımbəndinin tələblərini rəhbər tutaraq, Azərbaycan
Respublikasının Mərkəzi Bankı tərəfindən “Total Finans” və “Stimul”
kredit ittifaqlarına bu hesabatların təxirəsalınmadan və növbəti
dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi olan
göstəriş verilmişdir”, – məlumatda vurğulanıb.

