Ermənistan 9 polşalı azarkeşi axtarışa verdi

Baş səhifə

Ermənistanda yerli “Noa” və Polşanın “Legia” komandaları arasında futbol matçından sonra asayişi pozduqlarına görə 9 Polşa vətəndaşı axtarışa verilib.

Polşalı fanatlar dekabrın 12-də Yerevanda “Vernisaj” ticarət mərkəzində, daha sonra isə restoranda iğtrişaş yaratdıqlarına görə saxlanılıblar. 16 nəfərə qarşı xuliqanlıq və fiziki zorakılıq ittihamları ilə cinayət işi açılıb. İstintaq Komitəsinin məlumata görə, onlardan 7-si girov müqabilində azadlığa buraxılıb, qalanları isə axtarışdadır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir