
Bakı. Trend:
VTB (Azərbaycan) 2025-ci ilin sonuna qədər yeni aksiyaya
start verdi. Kampaniya çərçivəsində Bank nağd kreditlər üzrə
endirimli faiz dərəcələri təklif edir. Müştərilər daha aşağı faizlə
və 0% komissiya ilə kredit əldə edə bilərlər.
“Bayram ərəfəsində əhalimizin maliyyəyə ehtiyacı ənənəvi olaraq
artır və kredit məhsullarını daha əlçatan etmək üçün biz faiz
dərəcələrini endirdik və komissiyanı tamamilə aradan qaldırdıq. Bu,
nağd krediti daha sərfəli şərtlərlə əldə etmək üçün əla fürsətdir”,
— deyə bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü və Pərakəndə
Biznesin rəhbəri Yaşar Kərimov deyib.
Aksiya 15 dekabr – 31 dekabr 2025-ci il tarixlərində baş
tutacaq.
VTB (Azərbaycan) ASC-nin məhsul və xidmətləri haqqında məlumatı
filiallarda, https://vtb.az/ rəsmi
veb saytında, 986 qısa nömrəsinə zəng etməklə və sosial media
səhifələrində əldə etmək olar.

