
Bakı. Trend:
Bu ilin 9 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 4.5 milyard
dollar artıb. Bu göstərici xaricə yönəldilmiş birbaşa
investisiyalar (1.0 milyard dollar), portfel investisiyaları (1.3
milyard dollar) və digər investisiyalar (2.2 milyard dollar)
hesabına formalaşıb.
Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
“Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 415.9
milyon dollar artıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa
investisiyalar (-305.2 milyon dollar), neft bonusu (450.2 milyon
dollar), portfel investisiyaları (-33.7 milyon dollar) və digər
investisiyalar (304.6 milyon dollar) hesabına formalaşıb”, – qeyd
edilib.

