Masallıda marketdə saxta alkoqollu içkilər aşkarlanıb

Baş səhifə

Bakı.Trend:

Masallı rayonunun Qızılağac kəndində fəaliyyət göstərən, Abbasov
Zakir Ramazan oğluna məxsus marketdə Qida Təhlükəsizliyi
Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı
normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Trend xəbər
verir ki, bu barədə AQTA məlumat yayıb.




Bildirilib ki, marketdə ümumi sayı 62 ədəd “Gold Organic”,
“Organic Vodka”, “Lux Organic” əmtəə nişanlı mənşəyi məlum olmayan
saxta alkoqollu içkilər müəyyən edilərək satışdan kənarlaşdırılıb.
Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb
olunub.

Faktla əlaqədar sahibkar barəsində inzibati protokol tərtib
edilib, məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul olunub.
Araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir