
Bakı. Trend:
Rusiya prezidenti heç kəsi nüvə silahı ilə hədələməyib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi
Agentliyinin baş direktoru Rafael Qrossi ispan nəşrlərindən birinə
müsahibəsində bildirib.
“Mən onun nüvə hücumu ilə hədələməsini qeydə almamışam”,- deyə o
bildirib.
Qrossinin sözlərinə görə, o, Rusiya prezideti Vladimir Putinin
yalnız ekzistensial təhlükə vəziyyətində nüvə silahlarının mövcud
olduğunu bildirən bəyanatı görüb.
“Bu, əslində demək olar ki, bütün ölkələrin nüvə silahından
istifadə doktrinasıdır” – deyə BAEA baş direktoru əlavə edib.
O, nüvə silahları ilə bağlı beynəlxalq gərginliyin artdığını və “gizli riskin” mövcud olduğunu qeyd edib.

