Qarabağ atları ərəb körfəzini fəth edib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Bəhreyn Krallığında keçirilən “Mara’ee 2025” festivalı regionun
ən önəmli mədəni hadisələrindən biri kimi beynəlxalq auditoriyanın
diqqətini cəlb edib. Festival ölkənin tarixi ənənələrini,
təsərrüfat mədəniyyətini və müasir baxışını bir araya gətirən geniş
proqramı ilə seçilərək mədəniyyətlərarası dialoq üçün mühüm
platforma rolunu oynayıb.

Trend xəbər
verir ki, bu barədə DSX məlumat yayıb.

Bildirilib ki, bu mötəbər tədbirdə Azərbaycan nümayəndə heyəti
xüsusi proqramla çıxış edərək festivalın ən yaddaqalan
iştirakçısına çevrilib. Təqdim olunan səhnə kompozisiyaları yüksək
peşəkarlıq, dəqiqlik və estetik yanaşma ilə seçilərək tamaşaçıların
böyük marağına səbəb olub. Çıxışlar vahid bədii konsepsiya əsasında
qurulub, milli ruhu və səhnə mədəniyyətini dinamik formada əks
etdirib.




Azərbaycan tərəfi festival çərçivəsində 8–13 dekabr tarixləri
arasında hər gün iki dəfə səhnəyə çıxaraq proqramın ən intensiv və
davamlı təqdimatlarından birini həyata keçirib. Bu çıxışlar
ölkəmizin zəngin mədəni irsini, intizamlı hazırlıq səviyyəsini və
beynəlxalq səhnədə layiqli təmsilçilik qabiliyyətini bir daha
nümayiş etdirib.

Festival çərçivəsində Azərbaycan tərəfindən təqdim olunan səhnə
proqramında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin
süvarilər heyəti, orkestr və rəqs kollektivləri iştirak edib. Bu
kollektivlərin birgə və ahəngdar çıxışları tədbirin ümumi
konsepsiyasına xüsusi dinamika qatmış, Azərbaycan mədəniyyətinin
intizam, ənənə və peşəkarlıq üzərində qurulan təqdimatını
beynəlxalq auditoriyaya nümayiş etdirib. “Mara’ee 2025” ölkəmizin
mədəni təmsilçiliyinin uğurla reallaşdırıldığı mühüm beynəlxalq
platformalardan biri olub.

Sonda Azərbaycan komandası Bəhreynlə ləyaqətlə vidalaşaraq, bu
ölkənin mədəni yaddaşında dərin və xoş iz buraxıb, iki ölkə
arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir