Mirzoyan: Ermənistan Aİ-nin Cənubi Qafqazda layihələrində iştirakını müsbət qarşılayır

Baş səhifə

Ermənistan Avropa İttifaqının Cənubi Qafqazda infrastruktur layihələrində iştirakını müsbət qarşılayır.

APA xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Aİ ölkələrinin xarici işlər nazirlərinin iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

O, ölkəsinin Aİ ilə bir çox sahələrdə əməkdaşlığının genişləndirilməsi məqsədilə aparılan müzakirələr barədə danışıb və viza verilməsi prosesinin sadələşdirilməsi ilə əlaqəli fikir mübadilələrinin davam etdiyini deyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir