Azərbaycana qış fəslinin daxil olacağı tarix AÇIQLANDI

Baş səhifə

Bakı.Trend:

Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil
olacaq, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində
isə yay fəsli başlayacaq.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika
kafedrasından Trend-ə verilən məlumata görə, bu zaman Yerin fırlanma
oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş
həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur.




Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22
saniyə) və ən uzun gecə (gecənin uzunluğu 14 saat 42 dəqiqə 38
saniyə) olur.

Qış fəslinin uzunluğu 88 gün 23 saat 42 dəqiqə 52 saniyə təşkil
edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir