
Bakı.Trend:
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 18 dekabr
2025-ci il tarixində saat 09:00-da Naxçıvan Muxtar Respublikası
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin inzibati binasında
(ünvan: Naxçıvan şəhəri, Atatürk küçəsi, 1) Babək, Culfa, Kəngərli,
Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarının və Naxçıvan şəhərinin
sakinlərini qəbul edəcək.
Trend xəbər
verir ki, bu barədə RİNN məlumat yayıb.
Bildirilib ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat,
telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt
xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı
vətəndaşları dinləyəcək.
Qəbula 17 dekabr 2025-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu
([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222
və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər
idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda dekabr ayı
üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

