Rusiya Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 2 dəfəyə yaxın artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr ayları ərzində Rusiya Federasiyasından
Azərbaycana birbaşa xarici investisiyaların həcmi 181,208 milyon
ABŞ dolları təşkil edib.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 83,316
milyon dollar və ya 1,8 dəfə çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi
həcmində Rusiyadan olan investisiyaların payı 3,8% təşkil edib.

Azərbaycan isə öz növbəsində cari ilin ilk 9 ayı ərzində Rusiya
iqtisadiyyatına 38,923 milyon dollar sərmayə qoyub ki, bu, ötən
ilin eyni dövrü ilə müqayisədə 11,563 milyon dollar və ya 42,3%
çoxdur.




Birbaşa xarici investisiyaların ümumi həcmində Rusiyaya
yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 1,9% təşkil
edib.

2024-cü ilin ilk 9 ayı ərzində Rusiyadan Azərbaycana birbaşa
xarici investisiyaların ümumi həcmi 97,892 milyon dollar,
Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 27,360 milyon dollar
təşkil etmişdi.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan
iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ
dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki
göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım
deməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici
iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə
2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9
ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya
47,7% çoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir