2027-ci ildə keçiriləcək U20 üzrə dünya çempionatının Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Baş səhifə

Bakı. Trend:

20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının
2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat
Komitəsi yaradılıb.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı
Sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, Azərbaycanın 20 yaşınadək kişilər
arasında futbol üzrə dünya çempionatı kimi mötəbər bir idman
tədbirinə ev sahibliyi etməsi onun idman ölkəsi kimi artan
nüfuzunun daha da möhkəmlənməsinə, gələcəkdə belə mühüm layihələrin
respublikamızda yüksək səviyyədə təşkilinə müsbət təsir
göstərəcəkdir.

20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının
2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar aşağıdakı
tərkibdə Təşkilat Komitəsi yaradılıb:

Təşkilat Komitəsinin sədri

Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin
müavini

Təşkilat Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının gənclər və idman naziri

Təşkilat Komitəsinin üzvləri:

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin
müavini

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin
sədri

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin
müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin
müavini

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin
müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin
müavini

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin
sədri

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin
prezidenti

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı
direktoru

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin
vitse-prezidenti

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı.

20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının
2027-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı Beynəlxalq Futbol
Federasiyaları Assosiasiyası (FIFA) ilə əlaqələndirmə işlərinin
aparılması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə
edilib.

Təşkilat Komitəsi 20 yaşınadək kişilər arasında futbol üzrə
dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı
zəruri məsələləri həll edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir