“Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı” kursunun buraxılış mərasimi keçirilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” hərbi hissəsində “Sualtı
Hücum Dəniz Xüsusi Təyinatlısı” kursunun növbəti buraxılış mərasimi
keçirilib.

Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə hərbi hissənin ərazisindəki şəhidlərin
memorial kompleksi ziyarət edilib, önünə gül dəstələri düzülərək
xatirələrinə ehtiram nümayiş etdirilib.

Buraxılış mərasimində xalqımızın Ümummilli Lideri Heydər
Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir
dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.




Daha sonra tədbirdə çıxış edən HDQ komandanı kontr-admiral Şahin
Məmmədov kursu müvəffəqiyyətlə bitirən hərbçiləri təbrik edib,
Azərbaycan və Türkiyə ordularının peşəkar təlimatçılarının da cəlb
edildiyi kursların yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə
heyətə təşəkkürünü bildirib.

Daha sonra Azərbaycan və Türkiyədən olan təlimatçılara, kursu
müvəffəqiyyətlə bitirən məzunlara fəxri fərmanlar, sertifikatlar,
fərqlənmə döş nişanları və qiymətli hədiyyələr təqdim olunub.

Kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir