Yanğın təhlükəli sexlərin fəaliyyəti dayandırılıb (FOTO)

Baş səhifə

Bakı.Trend:

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi
rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 63A ünvanında yerləşən
Məmmədov Ülvi Çingiz oğluna və Əlişzadə İlkin Əlipənah oğluna
məxsus avtomobil təmiri sexlərində keçirilən yoxlama zamanı yanğın
təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin
nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və
dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən
edilib.

Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, obyektlərdə ilkin yanğınxəbərverici siqnalizasiya
qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır;




– obyektlərin elektrik təsərrüfatı “Elektrik Qurğularının
Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;
– elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiq
akt tərtib edilməyib;
– obyektlər odsöndürən balonlarla tam təmin olunmayıb və mövcud
odsöndürən balonlara texniki qulluq göstərilməyib;
– obyektlərdə tezalışan sürtgü yağlarının saxlanması və istifadəsi
həyata keçirilir;
– ⁠obyektlərdə layihə dəyişiklikləri ilə əlaqədar sənədlər təqdim
edilməyib;
– ⁠sahibkar fəaliyyətini tikinti norma və qaydalarının müvafiq
tələblərinə zidd olaraq çoxmərtəbəli yaşayış binasının
qeyri-yaşayış sahəsində təşkil edib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektlərin
istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə
biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz
edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və
qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş
Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi,
63A ünvanında yerləşən sexlərin fəaliyyətinin dayandırılması barədə
Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektlərin
nümayəndələrinə təqdim edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir