​“Barselona”nın istədiyi ulduz futbolçuların adları bilindi

Baş səhifə

“Barselona” yeni müdafiəçi transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, klub mövsümün sonunda yeni futbolçu transfer edərək, müdafiə xəttini yenidən qurmağı nəzərdən keçirir. İddialara görə, “Barselona”nın nəzərdən keçirdiyi futbolçulardan biri “Borussiya Dortmund”un oyunçusu Niko Şlotterbekdir. Alman müdafiəçinin “Dortmund”la müqaviləsi 2027-ci ildə başa çatır. Oyunçunun yeni müqavilə imzalamaq istəməməsi ilə bağlı xəbərlər, onun transfer dəyərindən aşağı qiymətə transfer ehtimalını artırıb. Almaniyanın “BILD” qəzetinin məlumatına görə, Şlotterbek müqaviləsini yeniləməsə, “Dortmund” onun üçün 50 milyon avro təklifi nəzərdən keçirəcək.

“Barselona”nın transfer siyahısındakı digər futbolçu “Kristal Palas”da oynayan Mark Qehidir. Futbolçu müqaviləsi mövsümün sonunda yekunlaşır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir