Türkiyə və Polşa təhlükəsizlik sahəsində əməkdaşlıq memorandumu imzalayıb

Baş səhifə

Bakı. Trend:

Türkiyə və Polşa arasında təhlükəsizlik sahəsində əməkdaşlığın
gücləndirilməsinə dair anlaşma memorandumu imzalanıb.

Trend-in
məlumatına görə, sənəd informasiya mübadiləsini, birgə hərbi
təlimləri, silahlı qüvvələrin qolları arasında koordinasiyanı,
müdafiə sənayesinin inkişafını və silahlı qüvvələrin əməliyyat
imkanlarının artırılmasını nəzərdə tutur.




Polşa müdafiə naziri Kosiniak-Kamış Türkiyənin Varşava üçün
strateji əhəmiyyətini vurğulayıb və PIT-Radwar tərəfindən istehsal
olunan passiv radarlar da daxil olmaqla Polşa hərbi texnikasının
alınmasına ümid etdiyini bildirib. O, həmçinin Türkiyənin Avropa
layihələrində və Avropa İttifaqına üzvlük danışıqlarının mümkün
bərpasında dəstəyini vəd edib.

Səfər çərçivəsində Rumıniya və Türkiyənin iştirakı ilə regional
təhlükəsizlik arxitekturası ilə bağlı əlavə görüşlər keçiriləcək,
həmçinin 2026-cı ilin iyulunda Ankarada keçiriləcək NATO sammitinə
hazırlıqlar nəzərdə tutulub. Kosiniak-Kamış Ukraynada ədalətli
sülhün təşviqi üçün əməkdaşlığın vacib olduğunu qeyd edərək,
Rusiyanın mövqeyinə görə danışıqlar prosesinin uzandığını
bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir