Donald Tramp fentanili kütləvi qırğın silahı kimi təsnif edəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp fentanili kütləvi qırğın silahı kimi
təsnif edən fərman imzalayacağını açıqlayıb.

Trend xəbər verir
ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında məlumat
verib.




“Bu gün imzalayacağım bu tarixi icra sərəncamı ilə biz rəsmi
olaraq fentanili kütləvi qırğın silahı kimi təsnif edirik və bu,
məhz belədir. Heç bir bomba bunu edə bilməz”, – deyə Tramp
bildirib.

O, problemin miqyasına diqqət çəkərək qeyd edib ki,
administrasiyanın məlumatına görə, fentanil “hər il 200.000 ilə
300.000 arasında insanı” öldürür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir