
Moldovada Təhsil və Elm İşçilərinin Həmkarlar İttifaqları Federasiyası dekabrın 16-da maaşların artırılması tələbi ilə ümumrespublika etiraz aksiyası keçirəcəyini elan edib.
APA xəbər verir ki, bu barədə federasiyanın Facebook səhifəsində yayılan bəyanatda bildirilib.
Bəyanatda qeyd olunur ki, pedaqoji ictimaiyyət təhsil və elm sahəsində orta əməkhaqqı ilə ölkə üzrə ümumi orta əməkhaqqı arasındakı fərqin daha da dərinləşməsinin qarşısını almaq üçün əlavə maliyyə vəsaitinin ayrılmasını tələb edir.

