Orban: Rusiya aktivlərin müsadirəsinə etiraz etsə, Belçika iqtisadiyyatı çökə bilər

Baş səhifə

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Rusiya məhkəmə yolu ilə dondurulmuş aktivlərin mümkün müsadirəsinə etiraz edərsə, bu, Belçika iqtisadiyyatı üçün ağır nəticələrə gətirib çıxara bilər.

APA xəbər verir ki, Orban bu fikirləri Patriota portalına müsahibəsində səsləndirib.

O qeyd edib ki, Rusiyanın dondurulmuş aktivlərinin əsas hissəsi Belçikada və belçikalı şirkətlərin nəzarətindədir.

Baş nazirin sözlərinə görə, beynəlxalq hüquq bu cür müsadirəni qəbul etmir və Rusiya məhkəmədə qalib gələrsə, Belçika tərəfi həmin vəsaitləri geri qaytarmaq məcburiyyətində qalacaq.

Orban vurğulayıb ki, bu ssenari reallaşarsa, sözügedən məbləğin geri ödənilməsi Belçika iqtisadiyyatının çöküşünə səbəb ola bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir