“Barselona” Yulian Ruersonun transferində maraqlıdır

Baş səhifə

Bakı. Trend:

“Barselona” Almaniyanın “Borussiya Dortmund” klubunda çıxış edən
Yulian Ruersonu transfer etməyi nəzərdən keçirir.

Trend-in
məlumatına görə, kataloniyalılar müdafiəçi Jül Kunde üçün daha
sərfəli əvəzedici axtarışındadır və 28 yaşlı norveçli futbolçu
klubun diqqət mərkəzinə düşüb.

Bildirilir ki, Ruersonun nümayəndələri ilə “Barselona” arasında
artıq ilkin danışıqlar aparılıb. Lakin hazırkı mərhələdə konkret
razılaşma əldə olunmayıb.




Yulian Ruersonun “Borussiya Dortmund”la müqaviləsi 2028-ci ilə
qədər qüvvədədir. Məlumatlara görə, futbolçu yay transfer
pəncərəsində klubunu dəyişməyə açıqdır.

Qeyd edək ki, Ruerson bu mövsüm Bundesliqada 13 oyunda iştirak
edib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir