Biləsuvarda elektrik fasiləsi – Xırmandalıda işıq olmayacaq! 

Baş səhifə

Biləsuvarda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Modern.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq 7 saylı hava xəttində dekabrın 16-da təmir işləri aparılacaq:

“Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Xırmandalı kəndində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqəsi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir