
Bakı.Trend:
Tovuzda sürücülük hüququ olmayan şəxs idarə etdiyi avtomobillə
qəza törədib.
Trend-in
məlumatına görə, hadisə dekabrın 15-i baş verib.
Belə ki, Mürvət Həsənov sürücülük hüququ olmadan idarə etdiyi
“VAZ-2106” minik markalı avtomobili Tovuz rayonu Aşırallar kəndi
ərazisində aşırması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində
ölüb.
Faktla bağlı Tovuz RPŞ-nin İB-də CM-nin 263-1.3-cü maddəsi ilə
cinayət işi başlanaraq istintaq aparılır.

