UNEC-də akademik Muxtar İmanov və şair Rüstəm Behrudi ilə görüş keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:


UNEC
-də akademik Muxtar İmanov və tanınmış şair Rüstəm
Behrudinin tələbələrlə görüşü keçirilib.

Rəqəmsal İqtisadiyyat fakültəsinin təşəbbüsü ilə təşkil olunan
görüş “Rəqəmsal dövrdə ədəbiyyat” mövzusunda olub.

Tədbirin açılışında çıxış edən fakültə dekanı, dosent Elman
Cəfərov müasir dövrdə humanitar düşüncənin və ədəbiyyatın rəqəmsal
transformasiya ilə paralel inkişafının vacibliyindən söz açıb. O,
ədəbiyyatın gənclərin dünyagörüşünün formalaşmasında, dərin düşünmə
və tənqidi yanaşma bacarıqlarının inkişafında, həmçinin mənəvi
dəyərlərin aşılanmasında mühüm rol oynadığını vurğulayıb.

Akademik Muxtar İmanov çıxışında oxucu anlayışına fərqli
prizmadan yanaşıb: “Oxucunun gündəlik mübarizəsi əslində insanın
özü ilə, biliklə və düşüncə ilə apardığı daxili inkişaf yoludur. Bu
gün innovasiya zaman və məkan sərhədlərini aradan qaldıraraq daha
açıq və inklüziv mühit yaradır. Bu mühit təkcə bilik ötürmür, eyni
zamanda şəxsiyyətin, dəyərlərin və düşüncə tərzinin formalaşmasına
xidmət edir. İnnovasiya yalnız texnologiya deyil, düşüncənin
sərhədlərini genişləndirən və cəmiyyətə real töhfə verən bir
dəyərdir”- deyə akademik bildirib.




Muxtar İmanov tanınmış şair Rüstəm Behrudinin yaradıcılığına da
toxunaraq, onun türk dünyasında özünəməxsus poetik düşüncəsi ilə
seçildiyini diqqətə çatdırıb. O, şairin əsərlərinin beynəlxalq
aləmdə maraqla qarşılandığını, Almaniya, Türkiyə, Fransa və digər
ölkələrdə nəşr olunduğunu vurğulayıb.

Görüşdə çıxış edən şair Rüstəm Behrudi şairliyin adi bir peşə
olmadığını, onu digər sahələrdən fərqləndirən mənəvi mahiyyətə
malik olduğunu bildirib: “Şairlik öyrədilən deyil, yaradana bağlı
olaraq insanın daxilində formalaşan bir haldır. Poeziya yalnız
ağlın deyil, eyni zamanda ruhun dilidir və söz insanın iç
dünyasından keçmədikcə oxucuya təsir göstərə bilmir”. O qeyd edib
ki, zaman dəyişsə də, şeir insanın daxilindəki həqiqəti qorumağa,
onu söz vasitəsilə yaşatmağa davam edir.

Görüşdə Rüstəm Behrudi məşhur şeirlərini səsləndirərək,
auditoriyada emosional mühit yaradıb. Şairi böyük maraqla dinləyən
tələbələr ona çoxsaylı suallar da ünvanlayıblar.

Sonda Rüstəm Behrudi kitablarını imzalayaraq tələbələrə hədiyyə
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir