
Bakı. Trend:
Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin gətirilməsi
və ayrı-ayrı ünvanlara yerləşdirilməsini təşkil edən İran
vətəndaşları polisin əməliyyatı nəticəsində saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Yardımlı
Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər
nəticəsində saxlanılan 23 yaşlı Hauri Qədirpuri və 26 yaşlı
Süleyman Xezridən 30 kiloqram tərkibi psixotrop maddələrlə
zənginləşdirilmiş marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Mütəşəkkil dəstənin digər üzvlərinin və ölkə daxilində olan
əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyatlar davam
etdirilir.

