Rusiya Zəngəzur dəhlizinə nəzarət etmək istəyir – AÇIQLAMA

Baş səhifə

Moskva Zəngəzur dəhlizi təşəbbüsünün parametrləri və Rusiyanın mümkün iştirakı ilə bağlı İrəvanla məsləhətləşmələrə hazırdır.

Modern.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin bu barədə bildirib. O, Zəngəzur dəhlizinin bir hissəsinin Ermənistandakı Rusiya sərhədçilərinin nəzarət etdiyi ərazidən keçdiyini xatırladıb.

 “Əsasən, qarşımızda üçtərəfli işçi qrupu (Overçuk-Qriqoryan-Mustafayev) çərçivəsində razılaşdırılmış marşrutun bir hissəsi var. Bundan əlavə, region Rusiya dəmir yolu xətlərindən istifadə edir və Zəngəzur dəhlizi əsasən Rusiya sərhədçilərinin məsuliyyət zonasından keçəcək.

Kalugin hesab edir ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyü nəzərə alındıqda, tərəfdaşların Rusiyasız keçinə bilməyəcəyi aydındır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir