
Bakı. Trend:
Qubada polisin əməliyyatı zamanı 11 kq marixuana aşkarlanıb.
Trend-in məlumatına görə,
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
tədbirlər nəticəsində 20 yaşlı David İsgəndərov saxlanılıb.
Belə ki, həmin şəxsdən 11 kiloqrama yaxın narkotik vasitə
marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

