Mərkəzi Bank iki kredit ittifaqına məcburi göstəriş verib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) “Hacıoğlu Kredit İttifaqı” və
“Yeni Daşkənd Kredit İttifaqı”na məcburi göstəriş verib.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.




“Hacıoğlu Kredit İttifaqı” MMC və “Yeni Daşkənd Kredit İttifaqı”
MMC-ləri tərəfindən 2025-ci ilin III rübü üzrə hesabatların “Kredit
ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü
bəndinin tələbləri pozularaq, gecikmə ilə təqdim edilməsinə görə
“Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün
lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələblərini
rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən
sözügedən kredit ittifaqlarına bu hesabatların qanunvericiliklə
müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi
olan göstəriş verilmişdir”, – məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir