
Bakı. Trend:
Minlərlə istifadəçinin iştirak etdiyi lotereya çərçivəsində ilk
avtomobil – Hyundai Sonata Hybrid – rəsmi şəkildə
qalibinə təqdim olundu.
Lotereyada iştirak edən və avtomobil qazanan qalib-
Xeyri Qasımova –Birmarket
mobil tətbiqi vasitəsilə gündəlik ehtiyacları üçün alış-veriş edib.
Edilən alış-verişlərə görə ona lotereya şansları avtomatik olaraq
hesablanıb və qalib təsadüfi seçim yolu ilə
müəyyən edilib.
Qalib avtomobilin təhvil verilməsi zamanı bildirib ki, Birmarket-də
alış-veriş prosesi olduqca rahatdır və lotereyada iştirak qaydaları
çox sadədir. Onun sözlərinə görə, etdiyi adi alış-veriş ona bu
böyük hədiyyəni qazandıracağını heç gözləmirdi.
Birmarket
lotereyada iştirak şərtləri olduqca sadədir:
Birmarket
mobil tətbiqini yükləyərək edilən hər 10 AZN-lik
alış-verişə görə istifadəçi 1 şans
qazanır.
Sifarişi təhvil məntəqəsindən götürən
istifadəçilərə +10 əlavə şans,
Birmarket-də
ilk dəfə alış-veriş edən yeni istifadəçilərə isə
+10 əlavə şans verilir.
Yəni, çox alış-veriş – çox şans deməkdir.
Qeyd edək ki, Birmarket
marketpleys üzərindən istifadəçilər
elektronika, gözəllik və ev üçün məhsullar daxil
olmaqla geniş məhsul çeşidindən yararlana bilirlər.
Birmarket
lotereyası davam edir və qarşıdakı həftələrdə
digər böyük hədiyyələrin də qalibləri elan olunacaq. Lotereya
çərçivəsində Sea Breeze-dən mənzil və iki
avtomobilin qalibləri isə yaxın günlərdə bəlli olacaq.
Siz də Birmarket
mobil tətbiqini yükləyərək alış-veriş edin,
lotereyada iştirak edin və növbəti böyük hədiyyələrin qalibi olmaq
şansını qaçırmayın.

