
Bakı. Trend:
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası
başlayıb.
Trend xəbər
verir ki, iclasda aşağıdakı məsələlər müzakirə ediləcək:
1. “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə
Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi
təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun
təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi.
2. “Kosmonavtların xilas edilməsi, kosmonavtların geri
qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri
qaytarılması haqqında Saziş”ə qoşulmaq barədə Azərbaycan
Respublikası qanununun layihəsi.
3. “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası
Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi.
4. “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan
Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
5. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan
Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, “Nəqliyyat
haqqında” və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
6. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Ətraf
mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Uyğunluğun
qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının qanunlarında
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).
7. “Dövlət rüsumu haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi
(birinci oxunuş).
8. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(birinci oxunuş).
9. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial
sığorta haqqında” və “Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (birinci
oxunuş).
10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının
Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası
Məcəlləsində, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta
haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Valideyn
himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Narkoloji
xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yaşayış
minimumu haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları
haqqında”, “Məşğulluq haqqında” və “Hesablama Palatası haqqında”
Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (birinci
oxunuş).

