
Bakı. Trend:
Venesuela prezidenti Nikolas Maduro istefa verəcəyi təqdirdə,
ürəyi istəsə, Belarusa köçə bilər.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Belarus lideri Aleksandr
Lukaşenko bildirib.
“Maduro heç vaxt bizim düşmənimiz və ya rəqibimiz olmayıb. O,
Belarusa gəlmək istəsə – qapılarımız onun üzünə açıqdır”, – deyə
Lukaşenko vurğulayıb.
Lukaşenko diqqətə çatdırıb ki, bu vaxta qədər Maduro ilə bu
barədə söhbət olmayıb.
Maduronu Venesuelanın keçmiş lideri Uqo Çavezlə müqayisə edən
Lukaşenko, onun güclü xarakterli insan olduğunu vurğulayıb.

