Azərbaycan avtomobil idxalına çəkdiyi xərci artırdı

Baş səhifə

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 1 milyard 998 milyon 854,1 min ABŞ dolları dəyərində 104 min 404 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 19,5 % çox və 26 % çoxdur.

İl ərzində sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2,1 dəfə artaraq 808 ədəd (90,641 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 29,2 % artaraq 96 057 ədəd (1 milyard 786,469 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 14 889-ü (315 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olanlar istisna olmaqla daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 43 582-si (815,095 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olan, daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 1 861-si (55,285 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 5 % artması, ikincinin 5,1 dəfə artması, üçüncünün isə 35,1 % azalması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 7 % azalaraq 7 123 ədəd (81,844 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 22 % azalaraq 416 ədəd (39,898 milyon ABŞ dolları dəyərində) olub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir